Müəllimlər geyimlərinə fikir versinlər - DEPUTATDAN ÇAĞIRIŞ
04 sentyabr 2025 16:11 (UTC +04:00)

Müəllimlər geyimlərinə fikir versinlər - DEPUTATDAN ÇAĞIRIŞ

0

Son günlər bir neçə məktəbdə müəllimlər vahid geyim formasına keçirlər. Əlbəttə, formaya keçən hər məktəbdə istər rəng, istər dizayn bir-birindən tamamilə fərqlənir, yəni ölkə üzrə eynilik demək olar ki, yoxdur. Müəllimlər özləri də tez-tez vahid forma olarsa, daha yaxşı olar kimi fikirlər bildirirlər.

Amma illərdir yay-qış demədən, müəllimləri qara ətək, ağ köynəklə işə gedən görürük. Həqiqətən də, ehtiyac varmı vahid formaya?

Lent.az-a mövzu ilə bağlı danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, vahid formaya ehtiyac yoxdur:

“Azərbaycanda müəllimlər hər zaman rəsmiliyi qoruyublar. Xüsusilə orta və yaşlı nəsil səliqəli və rəsmi geyimə üstünlük verirlər. Ona görə də düşünürəm ki, müəllimlərin vahid geyimə keçməsinə ehtiyac yoxdur. Bu məsələ heç dünyada da müzakirə olunmur. Sadəcə birmənalı olaraq, müəllimlər dar köynəklə, şalvarla, qısa ətəklə, sinəsi açıq, toy və ziyafət üçün nəzərdə tutulan paltarlarla məktəbə getməli deyillər. Hərdən tədbirlərdə, yaxud sosial şəbəkələrdə bu cür geyinən müəllimlərlə qarşılaşırıq. Onların dar, yaxud açıq geyinməsi narahatedicidir. Ümumiyyətlə bu məsələləri məktəbdaxilində tənzimlənməlidir.

Müəllimlərə tövsiyə edirik ki, geyimlərinə fikir versinlər. Onlar şagird üçün nümunədir. Şagird müəllimə baxıb, geyimini formalaşdırır. Təsəvvür edin, yuxarı siniflərə dərs deyən müəllim qısa və ya dar geyimlə məktəbə gəlir. Həmin siniflərdə oxuyanlar həddi-buluğa çatmış, çox məsələni dərk edən gənclərdir. Bu, onların psixikasına, düşüncəsinə təsir edir. Buna görə də, hər müəllim geyiminə nəzarət etməlidir. Eləcə də direktorlar sözügedən məsələni diqqətdə saxlamalıdırlar ki, problemlər yaranmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 664

Oxşar yazılar