Bakıda ötən ay qəzada yaralanan motosikletçi ölüb.
Lent.az xəbər verir ki, hadisə avqustun 29-da Sabunçu rayonunda qeydə alınıb.
55 yaşlı Qədirov Mülküm Zakir oğlu qəza zamanı xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, sentyabrın 26-da dünyasını dəyişib.
Araşdırma aparılır.