Zaqatalada yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində,"Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Muğanlı kənd sakini 34 yaşlı Pərvin İbrahimovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Rövşən Soltanovun idarə etdityi "Opel" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-21015"in sürücüsü və sərnişini olan qardaşı, Muğanlı kənd sakini 49 yaşlı Kazım İbrahimov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.