Bəzi filmlər bütün emosional baryerləri aşır. Onlar insanı güldürür, həyəcanlandırır və sonda – özünü ən dözümlü sayılanları belə ağladır.
Lent.az məhz belə filmləri təqdim edir – sevgi, dostluq, itki və sarsılmazlıq haqqında hekayələr ki, onlar ürəkdə əbədi iz buraxır.
Artıq darıxıram (2015)
Qadın dostluğunun gücü haqqında komediya elementləri olan kövrək bir dram. Süjetin mərkəzində uzun illərdir ayrılmaz olan Milli və Cess var.
Onlar ən xoşbəxt anlarını bir-birləri ilə bölüşür və ən çətin günlərdə dəstək olurlar. Amma Cess xərçəng olduğunu öyrənəndə onların həyatı tamamilə dəyişir. Milli dostunu dəstəkləmək üçün əlindən gələni edir, lakin eyni zamanda şəxsi çətinliklərlə üzləşir və onların möhkəm münasibəti təhlükə altına düşür.
Xəzinə (2009)
16 yaşlı Klarissa Cons, dostları arasında “Xəzinə” ləqəbi ilə tanınır, Afrika-amerikalı gettoda yaşayır və tamam başqa həyat arzulayır.
O, özünü parıltılı jurnalların ulduzu kimi təsəvvür edir, musiqi karyerası və açıqdərili bir sevgili arzulayır. Amma reallıq tam fərqlidir: qız despot ana ilə yaşayır, o ana sosial yardım hesabına dolanır, Klarissa artıq çəkidən əziyyət çəkir, dərslərdən geri qalır, səkkizinci sinfi bitirməyib və artıq ikinci uşağına hamilədir.
Məktəb direktoru ilə söhbətdən sonra Klarissa alternativ təhsil müəssisəsinə keçir və burada müəllimə Blu Reyn ilə tanış olur. Məhz o, qızın özünə inamını qaytarmağa və orta təhsil almasına kömək etməyə çalışır.
Qaranlıqda rəqs edən qadın (2000)
1964-cü ildə Vaşinqton ştatında Çexoslovakiyadan gəlmiş immiqrant Selma kiçik oğlu ilə yaşayır. O, zavodda işləyir və treyleri yerli polis məmurundan icarəyə götürür, yeganə sevinc mənbəyi isə müzikllərdir. Lakin Selma irsi xəstəlikdən əziyyət çəkir və bu xəstəlik qaçılmaz olaraq korluğa gətirib çıxarır. O, vəziyyətini gizlədərək oğlunun əməliyyatı üçün pul yığır ki, onu da eyni aqibətdən xilas etsin.
Amma işdən çıxarıldıqda və treylerin sahibi yığılmış pulu öyrəndikdə, qadın onların taleyini həll edəcək dramatik seçim qarşısında qalır.
Möcüzə (2017)
Oggi Pulman nadir genetik qüsurla doğulub və zahiri görünüşü digərlərindən fərqlidir. Onlarla əməliyyatdan sonra anası onu adi məktəbə göndərməyə qərar verir. Oğlan həmyaşıdlarının qərəzlərini aşmalı, dostlar tapmalı və özünü qəbul etməyi öyrənməlidir ki, normal həyat yaşaya bilsin.
Məsum intiharçılar (1999)
Lisbonlar xoşbəxt katolik ailəsidir: ata riyaziyyat müəllimi, ana isə evdar qadındır və 13-17 yaş arası beş qız böyüdür. Ən kiçik qız əvvəlcə intihara cəhd edir, onu xilas edirlər, amma sonradan psixoloqun məsləhəti ilə onun şərəfinə təşkil edilən məclisdə ikinci mərtəbədən tullanaraq intihar edir.
Bu faciədən sonra ailənin həyatı qonşuluğun diqqət mərkəzinə çevrilir, qızlar isə yerli yeniyetmələrin artan marağının obyekti olurlar.
Xoşbəxtlik axtarışında (2006)
Bu, Kris Qardnerin hekayəsidir – cəsur və məqsədyönlü kişi boşandıqdan sonra kiçik oğlunu təkbaşına böyüdür. Onun yeganə qazancı tələbatı az olan tibbi cihazların satışından gəlir.
Evsiz və yemək pulu olmadan, Kris hər gün yeni sınaqlarla üzləşir, amma təslim olmur, çünki məqsədi var – oğluna özündən daha yaxşı həyat bəxş etmək.
Hələ də Elis (2014)
2014-cü ildə Culianne Mur “Hələ də Elis” filmində yaddaşını tədricən itirən dilçilik professoru rolunda tamaşaçıları heyran etdi. Elis Haulend əvvəlcə qorxunc simptomlara məhəl qoymur, ailəsinə və aktrisa olmaq istəyən qızına diqqət yetirir.
Lakin həkimə müraciət etdikdə ən pis qorxuları təsdiqlənir. Dəhşətli diaqnoza baxmayaraq, o, güclü qalmağa və yaxınlarına yük olmamağa çalışır, hətta xəstəlik xatirələrini əlindən alsa belə.
Qızıl geyimdə qadın (2015)
Yaşlı Mariya Altman İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən əlindən alınan ailə qiymətlilərini geri qaytarmaq üçün illərlə mübarizə aparır. Onların arasında Qustav Klimtin məşhur əsəri “Adele Bloh-Bauerin Portreti” – “Qızıl Adele” kimi tanınan şedevri də var.
Bu işdə ona gənc vəkil Rəndold Şenberg kömək edir və onlar birlikdə öz qanuni hüquqlarını müdafiə edirlər.
Maqnoliya (1999)
San-Fernando vadisində bir-birinə bağlı insanların taleləri kəsişir və onlar keçmişləri və daxili şeytanları ilə mübarizə aparırlar. Qoca varlı Erl ölüm yatağında oğlu Frenki görmək istəyir, həyat yoldaşı Linda və tibb qardaşı Fil isə bu arzusunu gerçəkləşdirməyə çalışırlar.
Eyni zamanda, ölümcül xəstə olan aparıcı Cimmi Qeytor narkoman qızı ilə barışmağa çalışır. Bütün qəhrəmanlar öz əzablı, amma qaçılmaz katharsislərinə yaxınlaşırlar.
Gənclik (2014)
Film Meysonun həyatından 12 ili göstərir – birinci sinifdən kollecə daxil olana qədər. Hekayə kiçik fraqmentlərdən ibarətdir və oğlanın böyüməsini tədricən açır: valideynləri və dostları ilə münasibətlər, ilk məhəbbət və maraqların dəyişməsi.