Müğənni Ayan  dinini dəyişdi
02 sentyabr 2025 16:22 (UTC +04:00)

Müğənni Ayan dinini dəyişdi

0

Müğənni Ayan Babakişiyeva dinini dəyişərək İslamı qəbul edib.

Lent.az xəbər verir ki, müğənni bu barədə “Qapqara” verilişində məlumat verib.

“Son 3 ildə dinimi dəyişib İslamı, müsəlmanlığı qəbul etmişəm. Hüzur tapmışam, daha sağlam beyinə sahibəm. Ən xoşbəxt, ən çətin günümdə Allaha sığınırdım. Namaz qılanda hiss etdim ki, hüzurluyam. Yaralarım sağaldı. Çox üsyan edirdim: niyə belə oldu? Bu qədər yaxşılıq etdim, niyə şər, böhtan oldu? İslamı qəbul etmək mənə yaxşı təsir bağışladı”.

Qeyd edək ki, A.Babakişiyeva milliyətcə yəhudidir və əvvəllər İudaizm dininə sitayiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 929

Oxşar yazılar