Goranboy sakinləri bıçaqlanıb.
Hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.
Kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib.
Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım edilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. /APA