Masallıda avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 18-də, Masallı-Qızılağac avtomobil yolunun Masallı rayonu Şıxlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
41 yaşlı Əzizov Xəyal Adil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada 33 yaşlı Əhmədov Famil Faiq oğlunu vurub. Xəstəxanaya yerləşdirilən yaralı sentyabrın 25-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.