Rusiya onu Azərbaycana buraxmaq üçün 800 mindən çox  pulunu aldı
26 sentyabr 2025 10:21 (UTC +04:00)

Rusiya onu Azərbaycana buraxmaq üçün 800 mindən çox pulunu aldı

0

Rusiyanın Tümen vilayətinin Tobolsk şəhər sakini olan azərbaycanlı vətəninə gəlmək üçün 800 min rubldan (təxminən 16 min 197 manat) çox aliment borcunu ödəyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə icraçıları onun ölkədən çıxış hüququnu qızı qarşısında olan ödənilməmiş borca görə məhdudlaşdırmışdılar.

Məlumata görə, kişi borcunu tam şəkildə olmasa da, tədricən ödəyirdi. Məhkəmə icraçısı onun barəsində ölkədən çıxışa qadağa qərarı çıxarıb. Qızının 18 yaşı tamam olduqdan sonra kişi öhdəliyin artıq götürüldüyünü düşünüb və qohumlarının yanına Azərbaycana gəlməyə hazırlaşıb. Lakin məhdudiyyətlər qüvvədə qalıb.

Nəticədə, Rusiyanı tərk edə bilmək üçün kişi borcun hamısını ödəməli olub. O, 765 min rubl əsas borcu və 45 min rubl icra yığımı ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar