Türkiyənin Malatya vilayətində gözmuncuğu düzəltmə, tilsim qırma, şəfa paylamaq kimi üsullarla 27 nəfəri aldadan 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Lent.az xəbər verir ki, həmin şəxslərin hesablarına baxış zamanı 34 milyon 168 min türk lirəsi (1 milyon 400 min manata yaxın) aşkarlanıb.
İstintaqı başa çatdıran qruplar şübhəlilərin ünvanlarında eyni vaxtda reydlər keçirib.
Reydlər zamanı üzərində ərəb və mürəkkəb qədim yazılarla yazılmış ceyran dərisi, ilan dərisi, taxta qaşıqlar, parça, cır-cındır, çəngəl, nal, sabun kimi materiallar, on minlərlə avro və dollar ələ keçirilib.