Konqresə yalan danışmaqda ittiham olunan ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Kominin cinayəti təsdiqlənərsə, o 5 il müddətinə azadlıqdan məhrum oluna bilər.
Lent.az xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə bu, Kominin 2020-ci ilin sentyabrında verdiyi ifadələrə aiddir.
Kanal həmin görüşün səsyazmasını yayımlayıb və burada Komi tabeliyində olanlara jurnalistlərə heç bir məlumat ötürməməyi tapşırmadığını deyib.