“Apple”, “iPhone 17”də əmələ gələn cızıqların səbəbinin telefonun materialı deyil, mağazalardakı köhnə “MagSafe” stendləri olduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, “Apple” sosial mediada yayılan və yeni iPhone 17 modellərinin arxasında görünən cızıqlarla bağlı açıqlama yayıb. Şirkət problemin mənbəyi ilə bağlı mühüm məlumatları paylaşıb.
Şirkət cızıqların mağazalarda istifadə edilən köhnəlmiş “MagSafe” stendlərindən qaynaqlandığını və bu izlərin təmizlənərək asanlıqla silinə biləcəyini bildirib.
Şirkət həmçinin bildirib ki, mağaza stendlərində lazımi düzəlişlər ediləcək.
Şirkət həmçinin qeyd edib ki, “iFixIt” və “JerryRigEverything” kimi platformalarda aparılan sınaqlar faktiki istifadə şərtlərini əks etdirmir və uzunmüddətli dayanıqlıqdan narahat olmaq lazım deyil.