Şəkidə avtomobilin vurduğu piyada öldü, sürücü saxlanıldı - YENİLƏNİB
26 sentyabr 2025 09:50 (UTC +04:00)

Şəkidə avtomobilin vurduğu piyada öldü, sürücü saxlanıldı - YENİLƏNİB

0

Şəkidə avtomobilin vurduğu piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə 25 sentyabr gecə saatlarında Şəki şəhəri ərazisində hərəkətdə qeydə alınıb.

26 yaşlı Məmmədov Coşqun Vüqar oğlu idarə etdiyi “Volksvagen Passat” markalı avtomobillə yolu keçən piyada 28 yaşlı Əsgərov Hasil Ehtibar oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb. C. Məmmədov isə hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanaraq, istintaq aparılır.

***
25 sentyabr, saat: 14:35

Şəkidə piyadanı vurub qaçana sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Sürücü soşqun Məmmədov saxlanılıb.

Məlumatı DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a təsdiqləyiblər.

***
09:50

Şəkidə avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Naməlum nəqliyyat vasitəsi piyada 28 yaşlı Hasil Əsgərovu vuraraq qaçıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1300

Oxşar yazılar