7 nəfər içkidən zəhərlənib öldü:  biri istehsalçının arvadıdır
26 sentyabr 2025 10:56 (UTC +04:00)

7 nəfər içkidən zəhərlənib öldü: biri istehsalçının arvadıdır

0

Rusiyanın Leninqrad vilayətində 7 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qostintsı kəndində və Slantsı şəhərində baş verib. Nəticədə yeddi nəfər həyatını itirib, daha iki nəfər hazırda tibb müəssisəsindədir.

Zərərçəkənlər arasında 79 yaşlı şübhəlinin 75 yaşlı həyat yoldaşı da olub. Kişi polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları surroqat spirtin ola biləcəyi şüşə və kanistrləri müsadirə ediblər.

Məlumata görə, ilk iki nəfər 24 sentyabrda saxta spirtli içkidən kütləvi zəhərlənmə nəticəsində ölüb. Daha beş nəfər isə 26 sentyabr gecəsi dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar