Qardaşı arvadını barda tutan  kişi CƏRİMƏLƏNDİ - BAKIDA
26 sentyabr 2025 12:00 (UTC +04:00)

Qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ - BAKIDA

0

Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, T. Əlibəyov küçəsində qeydə alınıb.

39 yaşlı Mahir Qurbanov (ad və soyad şərtidir) rayon ərazisində fəaliyyət göstərən gecə klublarının birində (barda) həbsdə olan qardaşının arvadını görüb. Bu zaman hiddətlənərək, ona xəsarət yetirib. Daha sonra özü polisə zəng edərək məlumat verib.

Hadisə yerinə gələn Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları onu bölməyə aparıblar. Lakin saxlanılarkən, onu əvvəlcə polisə tabe olmayaraq, ictimai asayişi pozub.

Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib olunub.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Mahir Qurbanov barəsində 150 manat məbləğində cərimə təyin olunub.

Lakin onun qardaşı arvadına xəsarət yetirməsinə görə isə cinayət işi açılaraq, ayrıca istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar