Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19 nəfərə çatıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, səkkiz halda metanol ilə zəhərlənmə laboratoriya şəklində təsdiqlənib.
Həkimlər hələ də vəziyyəti son dərəcə ağır olan daha bir zərərçəkənin həyatını xilas etmək uğrunda mübarizə aparırlar.
***
10:56
Rusiyanın Leninqrad vilayətində 7 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qostintsı kəndində və Slantsı şəhərində baş verib. Nəticədə yeddi nəfər həyatını itirib, daha iki nəfər hazırda tibb müəssisəsindədir.
Zərərçəkənlər arasında 79 yaşlı şübhəlinin 75 yaşlı həyat yoldaşı da olub. Kişi polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları surroqat spirtin ola biləcəyi şüşə və kanistrləri müsadirə ediblər.
Məlumata görə, ilk iki nəfər 24 sentyabrda saxta spirtli içkidən kütləvi zəhərlənmə nəticəsində ölüb. Daha beş nəfər isə 26 sentyabr gecəsi dünyasını dəyişib.