"Arsenal"ın keçmiş futbolçusu  oyun zamanı  faciəvi şəkildə öldü
26 sentyabr 2025 18:05 (UTC +04:00)

"Arsenal"ın keçmiş futbolçusu oyun zamanı faciəvi şəkildə öldü

0

London "Arsenal" klubunun sabiq futbolçusu Billi Viqar 21 yaşında meydanda baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Chichester City"nin "Wingate & Finchley"yə qarşı oyununda ingilis futbolçu topu oyunda saxlamağa çalışarkən yıxılıb və başı meydanın kənarındakı beton divara çırpılıb.

Oyun dayandırılıb. Tibbi heyət futbolçuya birbaşa meydanda yardım göstərib, sonra isə o, təcili olaraq helikopterlə xəstəxanaya aparılıb. Orada futbolçu süni koma vəziyyətinə salınıb və sağ qalma şansını artırmaq üçün əməliyyat edilib.

Lakin zədələr həddindən artıq ağır olduğundan Billi sentyabrın 25-i, cümə axşamı səhəri ağır kəllə-beyin travmasından vəfat edib.

"Arsenal" və Viqarın karyerası ərzində çıxış etdiyi digər klublar futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Viqar "Arsenal" klubunun yetirməsidir. O, klubun U-18 komandasında 22, U-21 komandasında isə 5 oyun keçirib. Həmçinin icarə əsasında "Derbi" və "Eastbourne Borough" komandalarında çıxış edib və 2024-cü ildə London klubunu tərk edib.

"Topçular"ın heyətindən ayrıldıqdan sonra Viqar "Hastings United"də oynayıb, daha sonra "Chichester City"yə keçib və bu mövsüm dörd oyunda iştirak edib, bir qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar