Son araşdırma göstərib ki, kişilərin və qadınların tanışlıq tətbiqlərindəki davranışları nəzərəçarpacaq dərəcədə fərqlənir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu araşdırmanın nəticələrini amerikalı psixoloq Mark Trevers təhlil edib.
Təxminən 3000 heteroseksual istifadəçinin bir çex tanışlıq tətbiqindəki aktivliyini təhlil edilib. Məlum olub ki, kişilər özlərindən daha cəlbedici hesab olunan qadınlara daha çox “layk” qoyurlar, qadınlar isə seçim edərkən xeyli ehtiyatlı davranırlar.
Tədqiqat həmçinin göstərib ki, tətbiqdə cəlbedicilik reytinqi çox qeyri-bərabər paylanıb: kiçik bir qrup, əsasən qadınlar, çoxlu sayda “layk” alır, halbuki istifadəçilərin əksəriyyəti demək olar ki, diqqət çəkmir.
“Hətta ən cəlbedici kişilər belə, orta səviyyədən aşağı qiymətləndirilən qadınlardan daha az istək alırdılar. Bu, təkcə gender disbalansı platformada kişilərin qadınlardan çox olması ilə deyil, həm də mədəni gözləntilərlə izah olunur: məhz kişilərdən daha çox təşəbbüskarlıq gözlənilir”, - Trevers qeyd edir.
Nəticədə platformada açıq bir disbalans formalaşır: çoxlu kişi məhdud sayda qadın uğrunda rəqabət aparır. Tinder kimi məşhur servislərdə qadınlar aktiv auditoriyanın azlığını təşkil edir, bu isə onlara seçim və qarşılıqlı əlaqəni daha çox nəzarətdə saxlama imkanı verir.
Bundan başqa, araşdırma qadınların ehtiyatlı yanaşmasını vurğulayıb: onlar daha çox özlərinə bərabər və ya bir qədər aşağı cəlbedicilikdə olan kişilərlə əlaqə qurmağa üstünlük verirlər. Bu cür davranış onlara təkcə zahiri görünüşü deyil, həm də dəyərləri, uyğunluğu, ümumi maraqları və iştirak səviyyəsini nəzərə almağa imkan verir. Treversin fikrincə, bu, daha mənalı və sabit münasibətlər qurmaq şansını artırır