İmişlidə toyda zəhərlənənlərin sayı   70-i keçdi
26 sentyabr 2025 18:57 (UTC +04:00)

İmişlidə toyda zəhərlənənlərin sayı 70-i keçdi

0

Sentyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az bildirir ki, bu barədə ATƏBİB-dən məlumat verilib.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi ) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Qeyd edək ki, hadisə İmişli rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar