Siqaret hansı növ xərçənglərə səbəb olur? - Qorxunc araşdırma
26 sentyabr 2025 22:16 (UTC +04:00)

Siqaret hansı növ xərçənglərə səbəb olur? - Qorxunc araşdırma

0

Beynəlxalq araşdırma 2050-ci ilə qədər dünyada xərçəngə yoluxma hallarının 30 milyonu, ölüm hallarının isə 18 milyonu keçəcəyini müəyyən edib.

Lent.az xəbər verir ki, bu araşdırma nəticəsində də siqaretin rolu üzə çıxıb.

“The Lancet”də dərc olunan araşdırmaya görə, 2023-cü ilə qədər dünyada 18,5 milyon xərçəng hadisəsi olub və 10,4 milyon insan xərçəngdən dünyasını dəyişib.

Döş xərçəngi 2023-cü ildə 2,3 milyon diaqnozla ən çox görülən xərçəng olub. İkinci yerdə ağciyər və bağırsaq xərçəngi olub. 2023-cü ildə ən ölümcül xərçəng 2 milyondan çox hadisə ilə ağciyər xərçəngi, sonra isə bağırsaq və mədə xərçəngi olub.

Tədqiqatçılar həmçinin 2024-2050-ci illər arasında xərçəng hadisələrinin və xərçəngdən ölümlərin sayının tədricən artacağını proqnozlaşdırıblar.

Xərçəng səbəbləri kimi hava çirkliliyi, radiasiya, iş yerindəki risklər, piylənmə, yüksək xolesterin, yüksək təzyiq, siqaret və spirt istifadəsi, qeyri-sağlam qidalanma kimi 44 faktor sadalanıb.

Araşdırmada siqaretin 16 fərqli xərçəng növünə, spirt istehlakının 10 növ xərçəngə, qidalanma vərdişlərinin isə altı növ xərçəngə səbəb ola biləcəyi bildirilir.

Məlum olub ki, siqaretlə birbaşa əlaqəli olan 16 xərçəng növü var və o növlər də aşağıdakı kimidir:

1- Ağciyər xərçəngi

2- Ağız xərçəngi

3- Dodaq xərçəngi

4- Dil xərçəngi

5- Orofarenks xərçəngi

6- Qırtlaq xərçəngi

7- Qida borusu xərçəngi

8- Mədə xərçəngi

9- Mədəaltı vəzi xərçəngi

10- Qaraciyər xərçəngi

11- Böyrək xərçəngi

12- Sidik kisəsi xərçəngi

13- Uşaqlıq boynu xərçəngi

14- Kolorektal xərçəng

15- Kəskin miyeloid lösemi (AML - qan xərçəngi)

16- Burun və paranazal sinus xərçəngləri.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar