Bakının Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Məlikov motosikleti idarə edərkən saxlanılıb.
Araşdırma aparılır.