Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və həmin şirkətin ekskavator sürücüsü Qala Eynullayevin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən, onların hər ikisinin həbs müddəti 2 ay müddətinə uzadılıb.