Bakıda bank kartını oğurlayıb 300 manatlıq alış-veriş  etdilər
23 aprel 2025 15:31 (UTC +04:00)

Bakıda bank kartını oğurlayıb 300 manatlıq alış-veriş etdilər

Bakının Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600  manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus “Kia” markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar