Qatarda doğuş edib, körpəni pəncərədən atdı
23 aprel 2025 16:14 (UTC +04:00)

Qatarda doğuş edib, körpəni pəncərədən atdı

Qazaxıstanda qadın qatarda doğuş edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qızılordadan Astanaya gedən qatarda baş verib. Qadın vaqonda körpəsini dünyaya gətirib, sonra onu pəncərədən atıb.

Bir müddət sonra Karaqanda stansiyasında konduktor tualetdə çoxlu qan görüb. Sərnişinlərdən biri qanın izinə düşüb və kupedə çarpayısı tamamilə qan içində olan qadını tapıb.

Körpə sonradan tapılsa da, onu xilas etmək mümkün olmayıb.

Körpənin anasının saxlanılıb-saxlanılmaması bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar