"Roma" və "Milan" Ançelottinin istefaya göndərilməsini  gözləyir
23 aprel 2025 14:19 (UTC +04:00)

"Roma" və "Milan" Ançelottinin istefaya göndərilməsini gözləyir

“Real”ın Karlo Ançelottini baş məşqçi postundan uzaqlaşdırmağa yaxın olduğu söylənilir.

Lent.az bildirir ki,  "La Gazzetta dello Sport"un məlumatına görə, İtaliyanın "Roma" və "Milan" klubları məşhur çalışdırıcıya iş təklifləri ilə müraciət edib. Beləliklə, Ançelotti vətəninə qayıda bilər.

Hər iki klub İtaliya çempionatında variantları nəzərdən keçirməyə açıq olan Ançelottinin qərarını gözləyir. O, daha əvvəl ölkəsində “Recina”, “Parma”, “Yuventus”, “Milan” və “Napoli” kimi komandalarda çalışıb.

Onun "Real"la müqaviləsi 2026-cı ilin yayına qədər olsa da, klub prezidenti Florentino Peres bu il onu istefaya göndərmək qərarına gəlib. Ançelottinin əsas namizədliyi Braziliya millisində baş məşqçi postu olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar