Bu televiziya kanallarının qanunsuz fəaliyyəti aşkarlandı
21 noyabr 2024 19:25 (UTC +04:00)

Bu televiziya kanallarının qanunsuz fəaliyyəti aşkarlandı

"Media haqqında" qanuna uyğun olaraq Azərbaycanda lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Audiovizual Şuranın mütəxəssisləri operatorların təqdim etdiyi  sənədlərə və onların retranslyasiya paketlərinə baxışı keçirir, müvafiq monitorinq işləri aparırlar.

Audiovizual Şuradan Lent.az-a bildirilib ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan "Artkom.Net" MMC, "Boss Group" MMC və "Shakh Telecom" MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura noyabrın 19-20-də inzibati xəta haqqında protokollar tərtib edib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar