SSRİ Xalq rəssamı, gürcü heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli vəfat edib.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə heykəltəraşın köməkçisi Sergey Şaqulaşvili xəbər verib.
Onun sözlərinə görə 91 yaşlı heykəltəraş bu gecə ürək tutmasından ölüb.
Xatırladaq ki, Zurab Sereteli 1934-cü ildə Tiflisdə anadan olub. O, 500-dən çox rəsm, heykəl, qrafika, pano və sair incəsənət nümunələrinin müəllifi olub.