Sumqayıt tekstil fabrikində zəhərlənənlərin  sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 20:28 (UTC +04:00)

Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Sumqayıt tekstil fabrikində kütləvi zəhərlənmə olub.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.




***
17:12

Sumqayıt tekstil fabrikində kütləvi zəhərlənmə olub.

Lent.az xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2686

Oxşar yazılar