282 sərnişin ölümlə üz-üzə  qaldı – ABŞ-da təyyarə havaya qalxmadan alovlandı
21 aprel 2025 22:25 (UTC +04:00)

282 sərnişin ölümlə üz-üzə qaldı – ABŞ-da təyyarə havaya qalxmadan alovlandı

ABŞ-ın Florida ştatında yerləşən Orlando Beynəlxalq Hava Limanında “Delta Airlines” aviaşirkətinə məxsus “Airbus A330” tipli sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl yanmağa başlayıb.

Lent.az xəbər verir ki, bu barədə "CBS News" federal mülki aviasiya administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı təyyarə artıq uçuş-enmə zolağında dayanıb və uçuşa hazır vəziyyətdə olub.

Məlumata görə, təyyarənin iki əsas mühərrikindən birində alov müşahidə edilib.

Ekipaj sərnişinləri dərhal fövqəladə evakuasiya yastıqları vasitəsilə təxliyə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın tez bir zamanda lokallaşdırılaraq söndürülüb.

Qeyd edək ki, təyyarədə 282 sərnişin, 10 bort bələdçisi və 2 pilot olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar