Bakıda "Jiquli" "BMW"-yə çırpıldı,  xəsarət alanlar var
22 aprel 2025 01:16 (UTC +04:00)

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var

Bakının Sabunçu rayonu, Babək küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, ilkin məlumata görə, qəza ərazidə olan işıqforun işləməməsi səbəbindən baş verib.

Hadisə zamanı "VAZ 2106" markalı avtomobil "BMW" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində yüngül xəsarət alanların olduğu bildirilir.

Əraziyə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar