Bakıda ev sahibini çoxsaylı bıçaq zərbələri ilə öldürən şəxsə hökm oxunub.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş, 60 yaşlı Zahid İsayevin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sənədlərin tədqiqi elan olunandan sonra məhkəmə istintaqının yekunlaşması haqda qərar qəbul olunub. Çıxış edən prokuror təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini, müdafiəçi isə ona aşağı həddə cəza verilməsini istəyib.
Son söz söyləyən Zahid İsayev şahidlərin yalan ifadə verdiklərini bildirib.
Məhkəmənin hökmü ilə Zahid İsayev 17 il müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına əsasən, ağır cinayət Nizami rayonu, Arif Əliyev küçəsi, 35 ünvanında yerləşən fərdi evdə baş verib. Ev sahibi Tahir Əliyevlə aralarında olan şifahi razılaşmaya əsasən məişət işlərinin görülməsi müqabilində Zahid İsayev 2024-cü ilin iyul ayının əvvəllərindən orada kirayədə yaşayıb. Təmizlik işlərinin yaxşı görülməməsi ilə əlaqədar ev sahibi mütəmadi ona iradlar bildirib. İyulun 20-i gecə saat 01 radələrində paltarlarının çirkli qalmasını görən Tahir Əliyev Zahid İsayevin qarın nahiyəsinə dizi ilə vurub, onu söyüb. Bu zəmində aralarında yaranan mübahisə zamanı, İsayev orta dərəcəli sərxoş vəziyyətdə, masanın üzərindən məişət təyinatlı bıçağı götürüb, qəsdən öldürmək məqsədi ilə Əliyevin üz, boğaz və boyun nahiyələrinə 50-dən artıq zərbə endirib.

Ev sahibini 50 bıçaq zərbəsi ilə öldürdü, 17 il cəza aldı - Bakıda QANDONDURAN CİNAYƏT
0
0
0
0
Oxşar yazılar

Avropa çempionunu öldürdü, həbs olunmadı - "Qız söhbəti" "pul söhbəti"nə necə çevrildi?
2 sentyabr 2025 , 20:15
Axtarışda olan həkimin meyiti tapıldı
2 sentyabr 2025 , 19:03
Abşeronda QƏTL: qardaşı arvadını öldürdü - YENİLƏNİB
2 sentyabr 2025 , 15:38
“Vot-vot”la 140 minlik dələduzluq edən şəxs həbs olundu
2 sentyabr 2025 , 11:18
Məhkəmədə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqlənib
1 sentyabr 2025 , 19:49
Polkovnik-leytenant Ramin Şükürov ev dustaqlığına buraxıldı
1 sentyabr 2025 , 16:59
Levon Mnatsakanyanın istintaqa verdiyi ifadələr elan olunub
1 sentyabr 2025 , 15:43