Bizim eradan əvvəl nə deməkdir?
21 noyabr 2024 11:06 (UTC +04:00)

Bizim eradan əvvəl nə deməkdir?

Avropada VIII əsrdən başlayaraq illəri İsa Məsihin doğum dünündən hesablamağa başlayıblar. Elə həmin vaxtdan da "bizim era" anlayışı ortaya çıxıb.

Lent.az xəbər verir ki, təxminən 1500 il bundan əvvəl Roma Papası I İohann skif əsilli monarx-alim Kiçik Dionisiyə "Pasxa" bayramının qeyd olunması üçün tarixin təzədən, lap dəqiqliyi ilə hesablamasını həvalə edir. Qeyd etmək lazımdır ki, həmin vaxta qədər Avropada illərin hesablanmasını Roma imperatoru olan bütpərəst Diolektianın hakimiyyətə gəldiyi ildən hesablayardılar. Bu da təxminən 284-cü ildən hesablanırdı.

Xaçpərəst olan monarx Kiçik Dionisi isə bütün bu hesablamaların üstündən xətt çəkib "Əhdi-əqiqi" əsas götürərək, illəri İsa Məsihin doğum günündən hesablamışdı. Bu hesablama "Dionisi sistemi" adlanır və monarx-alim bu sistemi 525-ci ildə yaratmışdı. O zamandan indiyədək bütün dünyada bu hesablamadan istifadə olunur. Amma son vaxtlar mütəxəssislər belə hesab edirlər ki, Dionisi öz hesablamalarında təxminən 4 il yanlışlığa yol verib. Buradan da belə nəticə hasil olur ki, hal-hazırda 2024-cü il deyil, əslində 2020-ci il olmalıdır.

VII əsrdən başlayaraq anqlosakson tarixçisi Beddin hesablamaları bütün dünyaya yayıldı. O, "Dionis sistemi"ni əsas götürərək, özünün "Dünyanın yaşının 6 həddi" sistemini onunla uyğunlaşdıraraq, İsa Məsihin doğumundan əvvəlki illəri geriyə doğru hesabladı və buradan da "eramızdan əvvəl" anlayışı ortaya çıxdı. Beləliklə, Bedd öz hesablamalarında İsa Məsihin doğumundan sonrakı illəri - "bizim era", İsa Məsihdən əvvəlki illəri isə "eramızdan əvvəl" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar