Britaniyada 33 yaşlı Kelli Reilli adlı qadın epilepsiya tutması keçirərkən bəslədiyi itin hücumuna məruz qalıb.
Lent.az xəbər verir ki, gənc qadın faciəvi şəkildə dünyasını dəyişib.
Hadisə zamanı Reillinin bəslədiyi Amerika buldoqu Mendoza tərəfindən baş və boğazından ciddi xəsarətlər aldığı bildirilir.
Reillinin bacısı Kirsti bacısının iti öz körpəsi kimi çox sevdiyini, itin əvvəlki illərdə heç bir aqressiv davranış nümayiş etdirmədiyini bildirib.