Rusiyanın Sankt-Peterburq şəhərində məktəbli 15 mərtəbəli binanın eyvanından yıxılaraq ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Boqatırski prospektindəki binada baş verib. 11 yaşlı uşağın binanın damından yıxıldığı qeyd olunur.
Məlum olub ki, ölən beşinci sinif şagirdi varlı ailənin övladı olub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi (“ehtiyatsızlıqdan ölümə səbəb olma”) ilə cinayət işi açılıb.