Qış gələndə orqanizmdə daha çox iltihabı proseslərlə rastlaşırıq.
Lent.az xarici KİV-ə istinadən bu problemlə təbi üsullarla mübarizə aparmağın yollarını sizə təqdim edir.
Ən yaxşı nəticə verən kətan toxumu yağı, mixək və kəpəkdir. Bunlar bədəndəki iltihabı və ağrıları azaltmağa kömək edir.
İmmunoloqların məsləhətinə görə, bu məhsullar qan damarlarını qorumağa kömək edir.
Kətan toxumu yağı “omeqa-3” tərkibinə görə rekordçudur, artıq iltihabı yatırır. “Omeqa-3” gərgin immunitet sistemini sakitləşdirir. Əgər əzələ-sümük ağrılarınız varsa, onu gündəlik qida rasionunuza daxil edin.