Rusiyanın paytaxtı Moskvada tiktokerlərin trendə düşən videosu ilə bağlı cinayət işi açılıb.
Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, iki məktəbli qız balaca qardaşları ilə video çəkiblər. Çəkiliş zamanı azyaşlı oğlana qarşı şiddət əks olunub. Qızlardan biri uşağı möhkəm təpiklə vuraraq, çarpayıya atıblar.
Məlumata görə, uşağı vuran qızın 17 yaşı var. Uşağın vəziyyətinin necə olduğu bilinmir. İstintaq Komitəsi bu faktla bağlı cinayət işi açıb.