Avrokuboklar tarixinin ən uzun penaltisi - VİDEO
16 avqust 2024 18:56 (UTC +04:00)

Avrokuboklar tarixinin ən uzun penaltisi - VİDEO

“Ayaks” və “Panatinaikos” klubları arasında avrokuboklar tarixinin ən uzun penaltisi qeydə alınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hollandiyanın paytaxtı Amsterdamdakı arenada tamaşaçılar “Ayaks” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Panatinaikos”la qarşılaşıb.

Hollandiya klubu bir qol buraxsa da, ilk görüşdə minimal hesabla qalib gəldiyindən komandalar qalibi penaltilər seriyasında müəyyənləşdiriblər.

Nəticədə komandalara 34 zərbə lazım olub. Bu, avrokuboklar tarixində ən uzun penaltilər seriyasıdır.

“Ayaks”ın qapısında komandanın əsl qəhrəmanına çevrilən 40 yaşlı qapıçı Remko Pasver çıxış edib. O, 11 metrlik cərimə zərbəsində komandasına 13:12 hesabı ilə qələbə qazandırıb.

Qeyd edək ki, avrokuboklar tarixində ikinci ən uzun penaltilər seriyası da bir gün əvvəl müəyyənləşib.

Konfrans Liqasında Polşanın “Visla” və Slovakiyanın “Spartak Trnava” komandaları penaltilər seriyasında 28 zərbə vurub. Polyaklar qalib gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar