Tutulmamaq üçün cinsini dəyişdirdi
16 avqust 2024 18:43 (UTC +04:00)

Tutulmamaq üçün cinsini dəyişdirdi

Türkiyədə cinayət törədən qadın tutulmamaq üçün cinsiyyətini dəyişdirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu fakt Muğla və Aydın polisinin apardığı araşdırmalar nəticəsində məlum olub. Araşdırmalar nəticəsində 27 il həbs cəzasına məhkum edilən və axtarışda olan Hülya Yıldırımın ələ keçməmək üçün cinsiyyət dəyişikliyi əməliyyatı etdirdiyi ortaya çıxıb.

Məlumata görə, qadın Aydın və Antalya şəhərlərində əsasən dələduzluq olmaqla bir çox cinayətlər törədib. O, sonradan adını dəyişdirərək Fırat Sedat Yıldırım adına pasport düzəltdirərək Marmarisdə yaşayıb.

Yaşadığı evdə baş tutan əməliyyat nəticəsində qadın saxlanılaraq, cəzaçəkmə müəssisəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753
avatar

Oxşar yazılar