Polisə rüşvət verən  həbs olundu
16 avqust 2024 19:35 (UTC +04:00)

Polisə rüşvət verən həbs olundu

Rusiyanın Primorski vilayətinin Artyom şəhərində polisə rüşvət verən əcnəbi vətəndaş iki ay müddətinə həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2024-cü ilin avqustunda 35 yaşlı kişi polis əməkdaşına 1,5 milyon rubl (təxminən 28 min 650 manat) rüşvət təklif edib. O, bu yolla adam oğurluğu ilə bağlı istintaqa cəlb olunan qardaşının işi üzrə əməliyyat-axtarış tədbirlərinin nəticələrinin saxtalaşdırılması barədə məmurla razılığa gəlməyə ümid edib.

Avqustun 14-də təqsirləndirilən şəxs əməliyyatçı ilə görüşüb və avtomobildə 500 min rubl (təxminən 9550 manat) məbləğində rüşvətin birinci hissəsini verib. Daha sonra polis əməkdaşı vəzifə təlimatına və əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna uyğun fəaliyyət göstərib.

Əcnəbiyə qarşı “Xüsusilə külli miqdarda aşkar qanunazidd hərəkətlərə yol verdiyinə görə vəzifəli şəxsə rüşvət vermə” maddəsi ilə iş açılıb və o, həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar