Zibil maşınının içərisindən diri qadın tapıldı - VİDEO
31 yanvar 2024 15:44 (UTC +04:00)

Zibil maşınının içərisindən diri qadın tapıldı - VİDEO

ABŞ-ın Nyu-Hempşir əyalətində yanğınsöndürənlər tullantıların dörd dəfə sıxılmasından sonra zibil maşınının içində sıxışmış qadın tapıblar. Bildirilir ki, zibil maşınının sürücüsü zərərçəkmişi avtomobilin içərisindəki kameradan istifadə edərək görüb və dərhal xilasediciləri çağırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mançester yanğınsöndürmə rəisi Ryan Kaşin bütün çətinliklərə rəğmən danışa bilən qadının sağ qaldığını qeyd edib.

Xilasetmə əməliyyatı mürəkkəb olub, xilasedicilər kran və zənbildən istifadə edərək zərərçəkəni zibil maşınının damından çıxarıblar. Proses təxminən 30 dəqiqə çəkib. Qışqırıqları eşidən şahidlər onun vəziyyətini əzab kimi təsvir ediblər.

Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb, lakin həkimlər onun xəsarətlərinin kritik olmadığını və tezliklə tam sağalacağına deyiblər. Yanğınsöndürənlər bildirirlər ki, qadın “Beach Hill Drive”da zibil atarkən təsadüfən zibil maşını onu vurub.

Batalyon rəisi Bob Bodo vurğulayıb ki, belə hallar heyrətamizdir. Lakin bizim dövrümüzdə insanlar müxtəlif şeylərə qadirdirlər və bu iş yaddaşlarda qalanlardan biri olacaq.

# 3153
avatar

Oxşar yazılar