Universitetdən imtina edən MƏŞHURLAR – VİDEO
19 may 2021 20:15 (UTC +04:00)

Universitetdən imtina edən MƏŞHURLAR – VİDEO

Bir zamanlar gələcək həyatını təmin etmək istəyən insanlar çıxış yolunu universitet təhsilində görürdülər. “Yaxşı təhsil, gözəl həyatdır”, fikri artıq aktual deyil.

Müasir dövrümüzdə uğur qazanan dünyaca məşhur şəxslər üçün universitet təhsili zaman itirməkdir.

Lent.az təhsildən imtina edən və uğur qazanan məşhur insanları təqdim edir:

Mark Zukerberq

Mark Zukerberq

Məşhur sosial şəbəkə olan “Facebook”un yaradıcısı Mark Zukerberq 2004-cü ildə Harvard Universitetində təhsil alırdı. Psixologiya və kompüter bölümünün tələbəsi olan Zukerberq ikinci kursda “Facebook” üzərində işləməyə başlayır. Bu səbəbdən universitet təhsilindən imtina edir.

Bill Qeyts

Bill Qeyts

Dünya texnologiya sənayesində ən yaxşı iş adamlarından biri Bill Qeytsdir. O, 20 yaşında uşaqlıq dostu Paul Allen ilə birlikdə “Microsoft” şirkətini qurur. Qeyts də Harvard təhsilini zaman itirmək kimi düşünən məşhurlardandır.

Ledi Qaqa

Ledi Qaqa

Ledi Qaqa dünyada çox az insanın qəbul olunduğu Nyu-York Universitetinin İncəsənət şöbəsinə daxil olur. Musiqi karyerasını düşünən müğənni ikinci kursda universiteti tərk edir. Atası məşhur müğənni ilə şərt kəsir: "Əgər karyeranda uğur qazanmasan, təhsilini davam etdirəcəksən".

Tom Henks

Tom Henks

Dünya şöhrətli aktyor, rejissor və yazıçı Tom Henks karyera yolunda böyük uğurlar qazanıb. Gələcəyini düşünən Henks Kaliforniya Dövlət Universitetinin teatr təhsilindən imtina edir.

Stiv Cobs

Stiv Cobs

Stiv Cobs 1976-cı ildə yaxın dostu ilə birgə “Apple” da işə başlayır. Stiv daha yaxşı yaradıcı fikirlər düşünmək üçün təhsil almaq istəyir. O, kollecdə 6 aylıq kursa yazılır. Sonda isə bu fikrindən daşınır.

James Kameron

James Kameron

Dünyada ən çox gəlir əldə edən iki film, “Avatar” və “Titanik”in rejissoru James Kameron da təhsildən imtina edən məşhurlar sırasındadır. Kameron universitetin fizika və ingilis dili bölümündə cəmi bir il təhsil alıb.
 
 

# 3012
avatar

Nigar Adil

Oxşar yazılar