Turistləri daşıyan gəmi batdı, 27 nəfər  öldü - VİDEO
19 iyul 2025 19:32 (UTC +04:00)

Turistləri daşıyan gəmi batdı, 27 nəfər öldü - VİDEO

Vyetnamda turistləri daşıyan gəmi batıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ölkənin şimalında Cənubi Çin dənizindəki Halonq körfəzində baş verib. Gəminin batması nəticəsində azı 27 nəfər ölüb.

Ölənlər arasında səkkiz uşaq da var. 11 nəfər xilas edilib.

Gəminin göyərtəsində 48 sərnişin və 5 ekipaj üzvü olduğu bildirilir. Gəmi fırtına ilə müşayiət olunan qəfil tufan nəticəsində batıb.

Xilasetmə əməliyyatını əlverişsiz hava şəraiti çətinləşdirib - fövqəladə hadisə yerinə güclü yağış yağır. Bundan əlavə, qaranlığın başlaması ilə əlaqədar olaraq görmə qabiliyyəti məhdudlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar