Talıb Tale, müğənni
20 iyun 2021 13:39 (UTC +04:00)

Talıb Tale, müğənni

Talıb 2 dəfə nişanını niyə qaytarıb? – Özü danışır -VİDEO

"Xanımı özüm seçməmişdim, xalam məsləhət görmüşdü. Yaş fərqi həddən artıq çox idi. Fikir uyğunsuzluğu var idi. Get-gedə gördüm ki, gələcəkdə böyük səhvin başlanğıcı ola bilər. 20 yaş fərqimiz var idi. O, daha çox diqqət istəyirdi. Bir o qədər tələb olunanda isə əksinə, istər-istəməz diqqətim azalır. Gördüm ki, yox. Sevə bilmədim. Qismət..".
Bu sözləri iki dəfə nişanını qaytaran müğənni Talıb Tale "Onun sirri" verilişində deyib. Birinci nişanlısından ayrılma səbəbindən danışan sənətçi bu məsələlərdə peşmanlıq yaşamadığını bildirib:

"Demirəm düz etmişəm. Düşünürəm bu həyatın qismətidir. Sonradan da fikirləşdim ki, belə olması yaxşı oldu. Birinci və ikinci xanımla münasibətdə olanda əvvəldən gördüm ki, ailə qurulsa da, dağılacaq. Adam bir az yaşa dolanda çətin olur. Uzun müddət subay qalmaq örnək bir şey deyil. Düzdür, ölçüb-biçmək yaxşıdır. Amma gördüm ki, get-gedə pisə doğru gedir. Mən bəsit düşünən xanım istəmirəm".

Talıb 2-ci nişanlısından da oxşar səbəblərə görə ayrıldığını deyib.

Qeyd edək ki, T.Talenin 2-ci nişanı 2018-ci ilin mayında olmuşdu.

(Axşam.az)

Talıb bu səbəbdən 2 dəfə nişanını qaytarıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8181
avatar

Oxşar yazılar