Ölüm hökmü qalan ölkələr -  VİDEO 
18 iyun 2021 17:45 (UTC +04:00)

Ölüm hökmü qalan ölkələr - VİDEO 

İran, Səudiyyə Ərəbistanı və Çin ölüm hökmü cəzasının çıxarılmasında, icrasında liderliklərini hələ də qoruyur. Çin isə ölüm hökmünü gizlədən ölkələr içərisindədir.

Lent.az xəbər verir ki, İranda hər il ən azı 507, Səudiyyə Ərəbistanında 146, İraqda 125 insan edam edilir.  

Yaxın Şərqin  2-ci böyük ölkəsi hesab olunan İranda əhalinin əksəriyyəti ölüm cəzasının qalmasının tərəfdarıdır. 2020-ci ildə İranda 246 nəfər edam edilib. Bu ölkədə terror, qətl, təcavüz, silah qaçaqmalçılığı və narkotik ticarəti ilə məşğul olan şəxslərə cəza olaraq edam hökmü çıxarılır. 

Səudiyyə Ərəbistanda edam edilənlərin təxminən yarısının xarici vətəndaş olması ölkəni tez-tez diplomatik münaqişələrlə qarşı-qarşıya qoyur. Edama səbəb isə Səudiyyə Ərəbistanında tətbiq olunan şəriət qanunlarına görə, narkotik ticarəti, təcavüz, din dəyişdirmə və silahlı soyğundur.

Məhkəmələr cəmiyyətə bağlı olsa da, edamlar xalqa açıq yerlərdə həyata keçirilir.
Ölkədə 18 yaşına çatmamış şəxslərin edam cəzası ötən il ləğv olunub. Əvəzində onlara ən ağır cəza kimi 10 il həbs cəzası veriləcək. Bu ölkədə rekord edam cəzası 2019-cu ildə qeydə alınıb. Həmin il 90 nəfəri xarici vətəndaş olmaqla, 184 nəfər edam edilib. 

İnsan haqları üzrə Amnesty İnternational təşkilatının məlumatına görə, Çində hər il minlərlə insan edam edilir. Amma bu informasiya dövlət sirri kimi saxlanıldığından həqiqi rəqəmi aşkar etmək mümkün deyil. Ölkədə edam əsasən ağır cinayət və narkotik ticarəti ilə məşğul olan şəxslər üçün tətbiq edilir. Cinayətkarlar ölümcül inyeksiya iynəsi və ya silahla öldürülür.  

Sonda xüsusi qeyd:

Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv olunub. Elə həmin il fevralın 21-də “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi” haqqında qanun qüvvəyə minib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib.
 

# 5166
avatar

Nigar Adil

Oxşar yazılar