Ödəmə terminalından 10 min manat oğurlandı - VİDEO
22 mart 2024 13:27 (UTC +04:00)

Ödəmə terminalından 10 min manat oğurlandı - VİDEO

Goranboyda ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.

Bundan başqa RPŞ əməkdaşlarının son 1 həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 2, odlu silah saxlayan 1 və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 ədəd “PQ-7” markalı raket, 1 ədəd əl qumbarası, 2 ədəd tüfəng, 3 ədəd avtomt və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.

# 2985
avatar

Oxşar yazılar