Martın 8-də Bakıda bir neçə restoranda əyləncə gecəsi təşkil edilərək karantin qaydaları pozulub.
Lent.az xəbər verir ki, Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan gecədə məşhurların əksəriyyəti iştirak edib.
DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov yayılan görüntülər barədə araşdırma aparılacağını bildirib:
"Görüntülərin nə zaman qeydə alındığı dəqiq deyil. Bəlkə həmin videolar köhnədir? Yayılan videogörüntülər barədə araşdırma aparacağıq”.
Xatırladaq ki, fərqli məkanlarda karantin qaydalarını pozanlar arasında - xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev, müğənni Səidə və digər məşhurlar var.
Stilist Samir Əliyevin öz "İnstagram" hesabında paylaşdığı videonu təqdim edirik: