Azərbaycanın şimal rayonlarında mərmər bağacığının yayılması sakinlərin narahatlığına səbəb olub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, payız aylarında havaların soyuması ilə əlaqədar bu zərərvericilər qışlamaq üçün isti və qorunan yerlər axtararaq yaşayış evlərinə daxil olurlar.
Mərmər bağacığı təkcə sakinlərin gündəlik həyatına deyil, kənd təsərrüfatı sahələrinə də təhlükə yaradır. Zərərvericinin yayılması əkin sahələrinə və məhsuldarlığa mənfi təsir göstərə bilər.
Hazırda şimal bölgəsində mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir.
Görülən tədbirlərin əsas məqsədi zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq və kənd təsərrüfatı bitkilərinə vurduğu zərəri azaltmaqdır.