"Maska tax" dedi, burnunu qırdılar -  VİDEO
24 may 2021 10:29 (UTC +04:00)

"Maska tax" dedi, burnunu qırdılar - VİDEO

Market işçisi maska ​​taxması barədə xəbərdar etdiyi müştərinin hücumuna məruz qalıb.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə Yalovada baş verib. Koronavirus tədbirləri çərçivəsində bazarlara və marketlərə maskasız girmək qadağandır. Buna görə də market işçiləri alış-verişə maskasız gələnlərə xəbərdarlıq edirlər. Yalovada müştəriyə bu mövzuda xəbərdarlıq edən market işçisi Barış Alacahan təzyiqə məruz qalıb. Müştəri ona maska ​​barədə xəbərdarlıq edən Alacahan ilə mübahisəyə başlayıb və onu vurub. Hadisə təhlükəsizlik kameralarında qeydə alınıb.

Şiddətə məruz qalan Barış Alacahan

Burnu qırılan mağaza işçisi, ona hücum edən müştəridən şikayətçi olub. Şiddət göstərən müştərinin şəxsiyyəti müəyyənləşdirilir.

Maska tax dediyi üçün burnunu qırdılar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4440
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar