Fransa prezidenti Emmanuel Makron bu ölkənin Drom vilayətində 1 nəfərin hücumuna məruz qalıb.
Lent.az-ın “BFM” telekanalına istinadən məlumatına görə, yerli sakinlərlə görüşdə onlardan biri prezidentin sifətinə zərbə vurub. Mühafizəçilər dərhal reaksiya verərək Makronu kənara çəkiblər.
İnsidentdən sonra 2 nəfər həbs edilib.