Türkiyənin İstanbul şəhərində qandonduran hadisə yaşanıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Küçükçekmecedə qeydə alınıb. K.E adlı kişi 3 il əvvəl boşandığı arvadı E.O-nu küçənin ortasında bıçaqlayıb və başında duraraq ölməyini gözləyib.
Yaxınlıqda yaşayanların müdaxiləsi nəticəsində cinayətkar oradan uzaqlaşıb. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Qadın ilkin yardım üçün xəstəxanaya yerləşdirilib.
Keçmiş ər isə polis əməkdaşları tərəfindən saxlanılıb.