İbrahim Tatlısəs qəzaya düşdü -  FOTO  + VİDEO  - YENİLƏNİB
25 avqust 2022 13:26 (UTC +04:00)

İbrahim Tatlısəs qəzaya düşdü - FOTO + VİDEO - YENİLƏNİB

Bodrumda yol qəzası keçirən məşhur sənətçi İbrahim Tatlısəsin huşunun yerində və səhhətinin yaxşı olduğu bildirilib.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, maşında sıxılmış vəziyyətdə qalan İbrahim Tatlısəs “Məni maşınla birlikdə kranla buradan çıxarın, sonra məni maşından çıxararsınız” deyib.

Bundan sonra Tatlısəs maşından çıxarılıb.

***

12:45

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs avtomobil qəzasına düşüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bodrumda Yalıkavak yolunda qeydə alınıb.

Məlumata görə, yük maşını müğənninin olduğu avtomobilə çırpılıb.  

Nəticədə İ. Tatlısəs maşında sıxılıb qalıb. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Onun yaralandığı bildirilir.

Hadisə zamanı onun 9 yaşlı qızı da avtomobildə olub.

# 7674
avatar

Mehman Nəbiyev

Oxşar yazılar